...

Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqəsində yanğın baş verib

Hadisə Materials 5 Oktyabr 2008 15:41 (UTC +04:00)
Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqəsində yanğın baş verib

Azərbaycan, Ağdam 5 oktyabr / Trend , mцxbir Ş.Cəliloğlu/ Azərbaycanın Ağdam rayonu Quzanlı kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində, bazar günü saat 13:00 radələrində yanğın baş verib. Hadisə yerinə gələn rayon yanğından mühafizə xidmətinin əməkdaşları yaxınlıqda olan ticarət obyektlərindən, yaşayış evlərindən sakinlərin evakuasiyasını təşkil ediblər.

Yanğın nəticəsində 1 nəfər orta-ağır dərəcəli xəsarət alıb. Hadisə yerinə gələn yanğından mühafizə xidmətinin əməkdaşları 2 saat müddətində yanğını söndürməyə müvəffəq olublar.

Hadisənin baş vermə səbəbi yanacağı çənlərə doldurarkən təhlükəsizlik qaydalarının pozulması olub.  

Xəbər lenti

Xəbər lenti