Azərbaycan, Şəki, 22 oktyabr / Trend , müxbir S.Fətəliyev/ Azərbaycanın şimal - qərbində yerləşən Balakən rayonundan paytaxta qanunsuz taxta aparan -- 08 BA 473 ve 62 BD 219 dövlət nişanlı "KamAz" markalı yük maşınları saxlanılıb.
Maşınlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlır tərəfindən saxlanılıb. Yük maşınlarından boşaldılmış taxta material Şəki meşə mühafizəsi və bərpa idarəsinə təhvil verilib.
İdarənin mütəxəssislərinin verdiyi məlumata görə, maşınlardan fıstıq ağacından hazırlanmış 40 kubmetr taxta materialı yığılıb.
Faktla bağlı hələlik cinayət işi açılmayıb.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]