...

Azərbaycanın Quba rayonunda YNH baş verib, həlak olan var

Hadisə Materials 25 Oktyabr 2008 21:34 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 25 oktyabr/ Trend , müxbir A.Qafarov/ Bu gün 17:00 radələrində Quba rayonu ərazisində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Xaçmaz yolunun 2 km-də qeydə alınıb.

Quba rayonu Zərdabi kənd sakini 27 yaşlı Həmzə Qasımovun idarə edtiyi 10 xp 447 dövlət nömrə nişanlı avtobil ağaca şırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin Çingiz Qasımov hadisə yerindəcə keçinib. Digər sərnişin Zərdabi kənd sakini 28 yaşlı Fuad Qasımov və sürücü ağır bədən xəsarətləri ilə Quba mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, hər iki xəstənin vəziyyəti orta ağır olaraq qalır. İlkin ehtimallara görə hadisəyə Həmzə Qasımovun avtomaşını yüksək sürətlə idarə etməsi səsbəb olub.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti