...

Azərbaycanın paytaxtında bir ailə üzvləri qətlə yetirilib

Hadisə Materials 26 Noyabr 2008 11:27 (UTC +04:00)
Azərbaycanın paytaxtında bir ailə üzvləri qətlə yetirilib

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bakıda noyabrın 26-na keçən gecə ana və oğlu soyuq silahla qətlə yetirilib. Bakının Suraxanı rayon Prokuroluğundan çərşənbə günü Trend -a verilən məlumata görə, rayonun Hövsan qəsəbəsi , Çöllük küçəsi 38 b ünvanında yaşayan Nərminə Quliyeva və 16 yaşlı oğlu Elnur Quluzadə naməlum şəxs tərəfindən dünən axşam mənzillərində bıçaqla öldürülüb.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti