...

Gürcüstan vətəndaşı Bakıda intihar edib

Hadisə Materials 2 Dekabr 2008 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend müxbir S.Kazımlı / Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. 48 yaşlı kişi özünü yaşadığı ünvanda asaraq intihar edib. Bu barədə Sabunçu rayon Prokurorluğundan çərşənbə günü Trend -a məlumat verilib.

Rayon Prokurorluğundan bildiriblər ki, dekabrın 1-də axşam saat 04:00 radələrində Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəylı küçəsi, ev 22 ünvanda kirayədə yaşayan Gürcüstan vətəndaşı Elxan Zeynalov yaşadığı ünvanın həyətində özünü asaraq intihar edib. Hələlik Zeynalovun özünü asmasının səbəbləri bilinmir.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti