...

Şəkidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb

Hadisə Materials 9 Dekabr 2008 11:55 (UTC +04:00)

Azərbaycan, Şəki, 09 dekabr / Trend müxbir S.Fətəliyev/ Azərbaycanın şımal-qərb bölgəsində üzərındə zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. Mərhumun hansı səbəbdən ölməsı isə hələlik müəyyənləşməyib. Bu barədə çərşənbə günü Trend -a Şəkı rayon Prokurorluğundan məlumat verilib.

Rayon Prokurorluğundan bildiriblər ki, dekabrın 8-də saat 22:00 radələrində Şəki şəhərinin (Bakının 360 kılometrliyində yerləşən) Məmmədəmin Rəsulzadə prospekti ilə Sabit Rəhman küçəsinin kəsişdiyi ərazidə kişi meyiti aşkarlanıb. Araşdırma zamanı ölən şəxsin Bağbanlar küçəsi, döngə 12, ev 21 ünvanda yaşayan 1981-cı ıl təvəllüdlü İbrahim Məmmədxan oğlu Eldarovun olması müəyyənləşib. Tibbi ekspertizadan keçirilərkən meyitin üzərındə çoxsaylı xəsarətlər aşkar edilib. Mərhumun necə və hansı şəraitdə ölməsı hələlik bilinmir.

Faktla bağlı Şəkı rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti