...

Azərbaycanın şimal-şərqində ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 10 Dekabr 2008 23:20 (UTC +04:00)

Azərbaycan, Quba, 10 dekabr / Trend müxbir A.Qafarov/ Bu gün gecə saat 21:00  radələrində Quba-Xaçmaz yolunun 8-ci km-də ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Trend -un verdiyi xəbərə görə, Xaçmaz rayon sakini Əziz Israfilovun idarə etdiyi VAZ 2107 markalı, 40 BC 239 dövlət nişanlı avtomobil Quba rayonu Hacıhüseynli kənd sakini Sabir Vəzirovun idarə etdiyi VAZ 2106 markalı, 38 DB 93 dövlət nishanlı avtomobillə toqquşub. Nəticədə 1969-cu il təvəllüdlü Sabir Vəzirov aldığı xəsarətdən yerindəcə keçinib.  

Qəza zamanı VAZ 2107 markalı avtomobildə olan digər sərnişinlərdən Pəricahan Israfilova və onun qızı Şəlalə Israfilova, eləcə də VAZ 2106 markalı avtomobildə olan sərnişinlərdən Quba rayonunun Hacıhüseynli kənd sakini 1971-ci il təvəllüdlü Rafiq Almazov müxtəlif bədən xəsarətiylə Xaçmaz rayon xəstəxanasına çatdırılıb.

Xəsarət alanların vəziyyəti orta-agır olaraq qiymətləndirilir.

Xaçmaz rayon xəstəxanasının travmatologiya şöbəsinin müdiri bildirib ki, xəstələrin həyatı üçün təhlükə yoxdur.

Faktla baglı Xaçmaz rayon polis idarəsində araşdırmalar aparılır. 

Xəbər lenti

Xəbər lenti