...

Bakıda donvurmadan iki"bomj" ölüb

Hadisə Materials 19 Dekabr 2008 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir S.Kazımlı/ Bakıda donvurmadan iki nəfər ölüb. Ölənlərin "bomj" olduğu bildirilir.

Bu barədə cümə günü Suraxanı vəSabunçu rayon Prokurorluqlarından Trend -a məlumat verilib.

Trend - un arayışı: Dekabrın 16 - da saat 20:00 radələrində Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində təxminən 60 -65 yaşlı kişi donvurma diaqnozu ilə 26 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və orada ölüb.

Dekabrın 18 - də Şəki rayonunun (Bakının 360 kilometrliyində) Kiş kəndində su arxın içində 39 yaşlı rayon sakini Eldar Şirinovun meyiti aşkar edilib. İlkin ehtimala görə, mərhum donvurmadan ölüb.

Suraxanı rayon Prokurorluğunun məlumatına görə, dünən saat 12 : 00 radələrində Hövsan qəsəbəsində 52 yaşlı Vladimir Varivodanın, üzərində zorakılıq əlamətləri olmayan meyidi aşkar olunub.Mərhumun donvurmadan öldüyü və bomj oldüğü bildirilir.

Sabunçu rayon Prokurorluğundan bildiriblər ki, dekabrın 18 - də saat 16:00 radələrində rayonun Bilgəh qəsəbəsinin ərazisindəki dəmir vaqonda kişi meyiti aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb. İlkin araşdırmalara görə, mərhumun donvurmadan ölməsi ehtimal edilir. Ölən şəxsin təxminən 40 - 45 yaşlarında olması qeyd olunur. Onun "bomj" olduğu bildirilir. Hazırda mərhumun şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.

Faktlarla bağlı Suraxanı və Sabunçu rayon Prokurorluqlarında araşdırma aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti