Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir K. Zərbalıyeva/Ötən ilin dekabrında 925 689 kvadratmetr ərazi minalardan təmizlənib.Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrı Milli Agentlikdən (ANAMA) çərşənbə günü Trend -a verilən məlumata görə, yoxlanılmış ərazilərdən 3 914 Partlamamış Hərbi Sursat (PHS) və mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 339 nəfər və 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.
İndiyədək 78 698 669 kv.m ərazi minadan təmizlənib.
Tapılıb zərərsizləşdirilmiş PHS və minaların sayı 371 553 olub.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli və Ağstafa rayonlarında və Sumqayıtda aparılır.
Ötən ilin son ayında Respublikada mina partlayışı qeydə alınmayıb.
2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, 105 hadisədə 61 nəfər həlak olub, 138 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]