...

Bakıda yaşayış binasında partlayış baş verib,  ən azı iki nəfər həlak olub (ƏLAVƏ OLUNUB - 4 – ÜÇ YARALININ ADI MƏLUM OLUB)(video)

Hadisə Materials 16 Yanvar 2009 18:07 (UTC +04:00)
Bakıda yaşayış binasında partlayış baş verib,  ən azı iki nəfər həlak olub (ƏLAVƏ OLUNUB - 4 – ÜÇ YARALININ ADI MƏLUM OLUB)(video)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbirlər K.Zərbalıyeva, S.Kazımlı, E.Rüstəmov/ Cümə günü Bakıda "Memar Əcəmi" metro stansiyası rayonunda Cavadxan 33  ünvanında,yaşayış binasının beşinci mərtəbəsi partlayış nəticəsində dağılıb.  

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının Baş həkimi Mehbalı Əliyev Trend - a bildirib ki, partlayış nəticəsində ən azı iki nəfər həlak olub, iki nəfər yaralanıb. Həlak olanlar qadın və kişidir. Onların şəxsiyyəti dəqiqləşdirilir. Yaralanmış kişi və qadın təcili yardım xəstəxanasına çatdırılıb.

Hazırda Musa Nağıyev adına xəstəxanada yerləşdirilmiş üç yaralının adı açıqlanıb - Qafarov Tural, Bağırova Fərqanə və Abdullayev  Əziz, - xəstəxanadan Trend - un müxbirinə bildiriblər.

Paytaxtın təcili və təxirəsalınmaz  tibbi yardım xidməti rəhbərinin müavini Rauf Nağıyevin Trend -un müxbirinə bildirdiyinə görə, hadisə nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

Cümə günü saat təxminən 16.30 - da "Memar Əcəmi" metro stansiyası ilə üzbəüz yaşayış binasının dörd və ya beşinci mərtəbəsində partlayış baş verib, - Nəsimi rayonunun Qaz Qəza Xidmətindən cümə günü xəbər veriblər.

"Zəng, parlayışın baş verdiyi bina ilə qonşuluqda yerləşən binadan daxil olub. Xidmətimizin əməkdaşları məlumat alan kimi dərhal hadisə yerinə gediblər", - İdarədən bildiriblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti