...

Naxçıvanda dələduzluğa görə iki nəfər saxlanılıb

Hadisə Materials 12 Fevral 2009 01:54 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 12 fevral/ Trend , müxbr E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında yalan vədlər verməklə dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən iki nəfər saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin məlumatına əsasən, vətəndaşların müraciətləri əsasında araşdırma aparılmış və nəticədə rayonun Böyükdüz kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynov Zamiq Hüseyn oğlunun etibardan sui-istifadə edərək ayrı-ayrı şəxsləri işə düzəltmə və əlillik qrupu dərəcələrinin aşağı salınması vədləri ilə aldadaraq, 500 manat məbləğində pul alıb mənimsədiyi aşkarlanmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseynov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Digər bir dələduzluq faktı isə Şərur rayonunda aşkarlanıb. Belə ki, rayonun Qarahəsənli kənd sakini Məmmədov Elşən İslam oğlu rayon ərazisində ət satışı ilə məşğul olan 14 rayon sakinindən müxtəlif vaxtlarda cəmi 18 min 350 manat məbləğində ət almış, lakin pulunu ödəməkdən imtina etmişdir. E. Məmmədov cinayət məsuliyyətinə cəlb olunub və barəsində Şərur rayon polisi araşdırmalar aparır.

Xəbər lenti

Xəbər lenti