...

Bakıda yaşayış binasında partlayış baş verib (ƏLAVƏ OLUNUB-3 – qaz qəza xidmətinin şərhi əlavə olunub) (video)

Hadisə Materials 28 Fevral 2009 12:57 (UTC +04:00)
Bakıda yaşayış binasında partlayış baş verib (ƏLAVƏ OLUNUB-3 – qaz qəza xidmətinin şərhi əlavə olunub) (video)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbirlər K.Zərbəliyeva, E.Rüstəmov, E.İsmayılov /

Bakının Nəsimi rayonunda, Qara Qarayev küçəsi 96, ünvanında yerləşən binanın 71 nömrəli mənzilində şənbə günü səhər saatlarında partlayış baş verib. Ən azı bir nəfər xəsarət alıb. Bu barədə  şənbə günü Trend -a Nizami rayon prokurorluğundan məlumat verilib.

Hadisə yerində FHN-nin briqadası işləyir.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən şənbə günü Trend -a bildiriblər ki, partlayış qaz sızması nəticəsində baş verib. Hadisə yerində yanğın olmayıb.

Bakının Nizami rayon prokrorluğunun müstəntiqi Anar Əbiyevin Trend -a verdiyi məlumata görə, partlayış nəticəsində 1989-cu il təvəllüdlü Sannikov Aleksandr xəsarət alıb. Mənzil zərərçəkənin anası Vera Aleksandrovnaya məxsusdur.

Əbiyev bildirib ki, ilkin variantlara görə, partlayış mənzilin hamamında qaz sızması nəticəsində baş verib, hadisənin əlavə səbəbləri də araşdırılır.
Tədqiqat aparılır. 

Nizami rayon qaz qəza xidmətindən Trend -a bildiriblər ki, ilkin variantlara görə, Bakıda yaşayış binasında bu gün baş verən partlayışa səbəb suqızdırıcı qaz kalonkası olub, o yandırılan zaman partlayış baş verib.

"Biz artıq binanın partlayış baş verən blokuna qaz verilişini dayandırmışıq. Görünür, partlayışın baş verməsinə kalonkada qaz sızması olub ki, onu yandıran zaman partlayış baş verib", - deyə qaz qəza xidmətindəki mənbə bildirib.

Onun sözlərinə görə, bu mənzildə planlaşdırma da pozulub, ventilyasiya sistemi ilə bağlı problemlər də olub.

Bakıda havaların soyuması ilə xeyli sayda insanın ölümü ilə nəticələnən məişət qazından baş verən partlayışlar artıb. Bu, paytaxtda baş verən beşinci partlayışdır.

Bakıda əvvəlki hadisə yanvarın 16-da baş verib. Cavadxan küçəsi, 30 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasında baş verən partlayış bir girişin dörd və beşinci mərtəbələrinin tamamilə dağılmasına səbəb olmuşdu. Paytaxtın Nəsimi rayon ərazisində yaşayış binasında qaz sızmasından baş vermiş partlayış zamanı 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
 
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti