...

Azərbaycan parlamenti deputatının mənzilinə basqın olub

Hadisə Materials 21 Aprel 2009 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir K.Zərbəliyeva /

Azərbaycan Milli Məclisinin deputatı Gülər Əhmədovanın mənzili basqına məruz qalıb. Bu barədə çərşənbə axşamı Trend -a Bakının Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Azərbaycan parlamentinin deputatı Xətai rayonu, H.Aslanov qəsəbəsi, S.Hümbətov küçəsi, 80 ünvanında yerləşən mənzilinə basqının edilməsi şikayəti ilə polis idarəsinə müraciət edib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, fakt üzrə araşdırma aparılır, səbəblər müəyyənləşdirilir.

İlkin varianta görə, basqnın səbəbi mübahisəli əmlak ola bilər.

Məqalə müəllifi il əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti