...

Azərbaycanın şimalında 12 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Hadisə Materials 15 May 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimalında 12 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Dəvəçi rayonu ərazisində Sumqayıt şəhər sakini Qalib Dolxanov "ZİL-130" markalı avtomaşını idarə edərkən onu aşırıb.

Nəticədə Dolxanovun sərnişinləri - Quba rayon sakinləri Hətəm Qafarov, Qəndab Niyyətova, Nadir Qafarov, Şəbanə Qafarova, Rəvanqə Qafarova, Turan Qafarov, Zaur Qafarov, Lalə Abbasova, Nişanə Xanəhmədova, Tamam Əlişanova və Ramil Abbasov xəsarət alıb.

Onlar xəstəxanaya aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti