Azərbaycan, Lənkəran, 25 may / Trend , müxbir P.Əliyeva /
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) dörd uşaq anası özünü asıb.
Mayın 24-də Lənkəran sakini, 4 uşaq anası 44 yaşlı Xalidə Abbasova yaşadıqları evin həyətyanı sahəsindəki yardımçı tikilidə (ambarda) özünü kəndirlə asıb.
Mərhumun oğlu saat 17:00 radələrində xəbər tutaraq polis və rayon Prokurorluğuna zəng edib. Hadisə yeri müayinə edilib. Lənkəran rayon Məhkəmə Ekspertizası və Potoloji Anatomiya Zona Mərkəzinin rəisi Rafiq Qasımov hadisə günü jurnalistlərə mərhumun üzərində heç bir zorakılıq əlamətlərinin aşkarlanmadığını deyib. Ailə üzvləri qadının gərgin əsəb pozğunluğundan əziyyət çəkdiyini deyiblər.
Faktla bağlı Lənkəran rayon Prokurorlugunda araşdırmalar aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]