...

Bakıda tikiş fabrikinin anbarında yanğın baş verib

Hadisə Materials 10 İyun 2009 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda tikiş fabrikinin anbarında yanğın baş verib.

Yanğın Təhlükəsizliyi Xidmətinin Sabunçu rayon şöbəsindən çərşənbə günü Trend -a verilən məlumata görə, Balaxanı qəsəbəsindəki tikiş fabrikində anbarın çardağı 30 kvadrat metr sahədə yanıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın gedib.

Şöbədən bildirilib ki, yanğın güclü deyil, hadisə zamanı xəsarət və ölüm qeydə alınmayıb.

Yanğının səbəbi və dəyən ziyan araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti