İstanbulda baş vermiş sel nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Sel nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
İstanbulda iki gün davam edən güclü yağışlar nəticəsində şəhərə və əhaliyə böyük ziyan dəyib. Yerli hidrometeoroloqların məlumatına əsasən, Türkiyədə qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək.
Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aran Trend -a ölənlər arasında Azərbaycan vətəndaşlarının olmadığını bildirib.