Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir Ş.Cəliloğlu/
Şənbə günü Azərbaycanın Bərdə rayonunda Qasım bəy Zakir küçəsində yerləşən yaşayış binasında məişət qazının partlaması nəticəsində 4 nəfər xəsarət alıb. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional idarəsindən Trend -a məlumat verilib.
Zərərçəkmişlər Atakişiyev Əhliyad Qara oğlu (1985), Məmmədova Kəmalə Şamil qızı (1980) rayon xəstəxanasının travmatoloji şöbəsinə, Sadıqova Aysu Razi qızı (1999) və Sadıqova Aysel Razi qızı (1997) Bərdə şəhər uşaq xəstəxanasına yerləşdiriliblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]