Azərbaycan, Lənkəran, 14 dekabr / Trend , muxbir P.Əliyeva/
Güclü külək Azərbaycanın cənubunda yerləşən Lerik (paytaxt Bakıdan 300 kilometr aralıda) rayonunun elektrik təsərrüfatını iflic vəziyyətə salıb. Ötən gün axşam saatlarında ölkənin bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti bölgənin ucqar dağ rayonu olan Lerikə ciddi ziyan vurub. Bu barədə bazar ertəsi jurnalistlərə Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.
Onun bildirdiyinə  görə, dünən axşamdan başlayan güclü cənub-qərb küləyi indiyədək davam edir.  100-dən artıq elektrik dirəyinin aşması,  3 min metrdən çox naqilin qırılıması,  hər biri 35 min kilovoltluq Masllı Telavar-Lerik və Lənkəran-Hamarat-Lerik yüksək gərginlikli hava  hava xətlərində baş vermiş qəza rayonun  elektrik təchizatını iflic vəziyyətə salıb. Külək nəticəsində rayon mərkəzindəki bəzi  inzibati binaların və yaşayış evlərinin  dam örtüyünə ciddi ziyan dəyib. 162 yaşayış məntəqəsi tamamilə işıqsız qalıb.
Komissiya sədri bldirib ki,  hazırda rayonun paylayıcı elektrik şəbəkəsinin əməkdaşları qəza yerlərində təmir işləri aparır.  Güclü küləyin intensivliyi onların işləməsinə  bir qədər maneçilik törədir.
Məlikov  Şirvan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi tərəfindən  rayona 10 elektrik dayağı  göndərdiyini, hazırda  rayona dəymiş ziyanın miqdarının hesablandığını bildirib. 
Lənkəran regional hidrometrologiya müəssisəsindən verilən məlumata görə,  Lerikdə gecə küləyin sürəti normadan artıq, yəni saniyədə 22-25 metr olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]