...

Bakıda yaşayış evində partlayış baş verib - ölən var

Hadisə Materials 4 Yanvar 2010 16:23 (UTC +04:00)
Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yanvarın birində üç otaqlı həyət evində təbii qaz sızması nəticəsində partlayış baş verib. Bu barədə bazar ertəsi, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Bakıda yaşayış evində partlayış baş verib - ölən var

Azərbaycan, Bakı, 04 yanvar / Trend , müxbir M.Əliyev/

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yanvarın birində üç otaqlı həyət evində təbii qazın sizması nəticəsində partlayış baş verib. Bu barədə bazar ertəsi, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində yanıq yarası alan ev sahibi İsa Xudiyev və onun oğlu Əkbər xəstəxanaya çatdırılıb. İsa Xudiyev xəstəxanada dünyasını dəyişib.

Rayon prokurorluğu ilkin təqdiqatlar aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti