...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Kürdə batıb

Hadisə Materials 12 Yanvar 2010 17:51 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara balıq mühafizə müfəttişliyinin 3 əməkdaşının olduğu qayıq reyd zamanı aşıb.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Kürdə batıb

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Kürdə batıb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara balıq mühafizə müfəttişliyinin 3 əməkdaşının olduğu qayıq reyd zamanı aşıb.

Nəticədə, həmin şəxslər çaya düşüblər. Onlardan ikisi üzərək sahilə çıxıb, 1953-cü il təvəllüdlü Əbülhəsən Kəmaləddin oğlu Cavadov isə batıb.

Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər Cavadovun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti