...

Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolundakı sürüşmə zonasında alternativ yol açılıb - FHN

Hadisə Materials 12 Fevral 2010 17:10 (UTC +04:00)
Bu barədə cümə günü Trend News-a məlumat verən İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov bildirib ki, həmin yolda avtomobillərin hərəkəti bərpa olunub.
Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolundakı sürüşmə zonasında alternativ yol açılıb - FHN

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolundakı (paytaxt Bakıdan təxminən 170 kilometr aralı) sürüşmə zonasında alternativ yol açılıb. Bu barədə cümə günü Trend -a məlumat verən İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov bildirib ki, həmin yolda avtomobillərin hərəkəti bərpa olunub.

Fevralın 10-da Muğanlı-İsmayıllı avtomobil yolunun ikinci kilometrliyində torpaq sürüşməsi baş verib. Sürüşmə zonasında yolun 12 metr enində təxminən 500 metrlik hissə tamamilə dağılıb, ərazidə 1-3 metr dərinlikdə yarğanlar əmələ gəlib. Sürüşmə nəticəsində avtomobillərə ziyan dəyməyib, sərnişinlər xəsarət almayıb.

Həmin yol ölkə paytaxtını şimal-qərb regionu ilə birləşdirən əsas yoldur.

Hadisənin baş verdiyi ərazi daimi sürüşmə zonasına aiddir və belə hallar payız-qış aylarında, yağıntılarla əlaqədar olaraq mütəmadi baş verir.

Xəbər lenti

Xəbər lenti