Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda şadlıq sarayından külli miqdarda pul oğurlanıb. Yasamal Rayon Polis İdarəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, naməlum şəxslər aprelin 14-dən 15-nə keçən gecə, Həbibbəyli Səməd Əkbər oğluna məxsus "Karvan" şadlıq sarayınin dəmir seyfini sındıraraq, oradan 306 min manat və 180 min ABŞ dolları oğurlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətmiş şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Hələlik faktla bağlı saxlanılan yoxdur.