Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/
2010-cu ilin birinci rübündə Azərbaycanda 10 qaz partlayışı hadisəsi baş verib, nəticədə 18 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytında məlumat verilib.
"Ötən üç ayda ölkədə 876 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 16 nəfər ölüb, 34 nəfər xəsarət alıb, 8 nəfər yanğından xilas edilib", - məlumatda deyilir.
Bu ilin ilk üç ayı ərzində FHN tərəfindən həyata keçirilən qəza-xilasetmə əməliyyatları nəticəsində 1800 nəfər evakuasiya edilib, 148 nəfər xilas olunub, 14 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.