...

Bakıda avtoqəzada üç nəfər həlak oldu, biri xəsarət aldı

Hadisə Materials 8 May 2010 12:22 (UTC +04:00)
Mayın 8-də saat 00:30 radələrində Raman İsgəndərov idarə etdiyi «Mersedes» markalı avtomaşını Novxanı bağlarında hasara vurub. Bu barədə Trend-ə Bakı Polis İdarəsindən məlumat verilib.
Bakıda avtoqəzada üç nəfər həlak oldu, biri xəsarət aldı

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir K.Zərbalıyeva/

Mayın 8-də saat 00:30 radələrində Raman İsgəndərov idarə etdiyi "Mersedes" markalı avtomaşını Novxanı bağlarında hasara vurub. Bu barədə Trend-ə Bakı Polis İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, nəticədə özü və sərnişinlər - İlqar Abdalov və Rəfael Qurbanov ölmüş, İlham Bağırzadə isə xəsarət almışdır.

Xəbər lenti

Xəbər lenti