...

Türkiyədə baş verən avtobus qəzasında Azərbaycan vətəndaşı ciddi xəsarət almayıb – səfir

Hadisə Materials 25 May 2010 12:12 (UTC +04:00)
Bazar ertəsi Türkiyədə baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alan azərbaycanlının vəziyyəti sabit olaraq qalır, - bu barədə Trend-ə Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov məlumat verib.
Türkiyədə baş verən avtobus qəzasında Azərbaycan vətəndaşı ciddi xəsarət almayıb – səfir

Аzərbaycan, Bakı 25 may /Trend, müxbir Ü.Sadıqova/

Bazar ertəsi Türkiyədə baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alan azərbaycanlının vəziyyəti sabit olaraq qalır, - bu barədə Trend-ə Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov məlumat verib.

Tbilisidən İstanbula yola düşən sərnişin avtobusu Türkiyədə qəzaya uğrayıb, nəticədə, 33 nəfər xəsarət alıb.

Səfirin sözlərinə görə, 45 sərnişinin böyük əksəriyyətini Gürcüstan vətəndaşları təşkil edib, Azərbaycandan isə bir vətəndaş olub və ciddi xəsarət almayıb.

Ciddi xəsarət alan üç sərnişin vertolyotlar vasitəsilə Ankaraya çatdırılıb, qalanları isə qonşu yaşayış məntəqələrindəki xəstəxanalara yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti