...

Azərbaycanın üç vətəndaşı Gürcüstan-Türkiyə sərhədini keçməyə cəhd edərkən yaxalanıb

Hadisə Materials 31 May 2010 16:19 (UTC +04:00)
Gürcüstan sərhədçiləri tərəfindən üç Azərbaycan vətəndaşının Gürcüstan-Türkiyə sərhədini keçmək cəhdinin qarşısı alınıb.
Azərbaycanın üç vətəndaşı Gürcüstan-Türkiyə sərhədini keçməyə cəhd edərkən yaxalanıb

Gürcüstan, Tbilisi, 31 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan sərhədçiləri tərəfindən üç Azərbaycan vətəndaşının Gürcüstan-Türkiyə sərhədini keçmək cəhdinin qarşısı alınıb. Trend-ə Gürcüstanın sərhəd polisindən verilən məlumata görə, İradə Həsənova, Zamirə Abbasova və Aynur Qurbanova "Sarpi" sərhəd sektorunun məsuliyyət zonasında saxlanılıb.

Qadınların üçü də Acarıstanın Xelvaçauri rayonunun Çurnali kəndində, dağlıq ərazidə Türkiyəyə daxil olmağa cəhd edərkən yaxalanıblar.

Azərbaycan vətəndaşlarına qarşı Gürcüstanın Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci bəndinə (dövlət sərhədini qanunsuz olaraq qrup şəklində keçməyə cəhd) uyğun olaraq cinayət işi açılıb.

Fakt üzrə Batumi istintaq-əməliyyat idarəsi istintaq aparır.

Xəbər lenti

Xəbər lenti