...

Azərbaycanın cənubunda zəlzələ olub

Hadisə Materials 9 Oktyabr 2010 13:03 (UTC +04:00)
Dağıntı və xəsarət alan yoxdur.
Azərbaycanın cənubunda zəlzələ olub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın cənubunda zəlzələ olub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə daxil olmuş məlumatda bildirilir ki, oktyabrın 9-da yerli vaxtla saat 1:58-də Masallı rayonundan 12 kilometr cənub-qərbdə 12 ballıq cədvəl üzrə 3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Masallı şəhərində 2,5 bal gücündə hiss olunub.
Dağıntı və xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti