...

Tehranda müəllimlərə qarşı edilən qəsdin arxasında Qərb ölkələri və İsrail durur – Mahmud Əhmədinejad

Hadisə Materials 29 Noyabr 2010 17:56 (UTC +04:00)

Heç bir şübhə yoxdur ki, bu gün Tehranda müəllimlərə qarşı törədilən hücumların arxasında Qərb ölkələri və İsrail durur. Bu barədə bazar ertəsi İran Prezidenti Mahmud Əhmədinejad canlı yayımlanan mətbuat konfransında bildirib. Məlumatı IRINN yayıb.

"Onlar İranı tutduğu yoldan dönməyə məcbur edə bilməyəcəklər və səhvlərinin miqyasını dərk etməlidirlər", - Əhmədinejad deyib.

Bazar günü səhər Tehranda iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb.

Partlayışlar səhər saat 07:00-08:00 radələrində müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb.

Şəhid Behişti Universitetinin digər müəllimi Firudin Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığındakı partlayışda yaralanıblar.

Xəbər lenti

Xəbər lenti