...

Domodedovoda "Tu-154" təyyarəsinin qəzası nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur - Rusiyanın FHN

Hadisə Materials 4 Dekabr 2010 23:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir R.Daraxşan/

İlkin məlumata görə, Domodedovo hava limanında "Tu-154" təyyarəsinin qəzaya uğraması  nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bunu Trend-ə şənbə günü Rusiya FHN-in Dağıstan üzrə Baş İdarəsinin "qaynar xətti"ndən bildiriblər.

Şənbə günü "Dağıstan Hava Yolları" aviakompaniyasina məxsus "Tu-154" markalı sərnişin təyyarəsi hər üç mühərrikinin sıradan çıxması səbəbindən Domodedovo hava limanına qəza enişi edərək uçuş zolağından çıxıb və dağılıb. Nəticədə iki nəfər ölüb, 83 nəfər isə xəsarət alıb.

Nəqliyyat Prokurorluğunun məlumatına görə, təyyarənin göyərtəsində 163 sərnişinin və 9 ekipaj üzvü olub.

Xəbər lenti

Xəbər lenti