...

Azərbaycanın cənub bölgəsində güclü qasırğa təsərrüfata ciddi ziyan vurub

Hadisə Materials 13 Dekabr 2010 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın cənub bölgəsində bazar günü gecədən başlayan güclü qasırğa təsərrüfata ciddi ziyan vurub. Güclü külək nəticəsində bir neçə kənd işıqsız qalıb, evlərin dam örtüyü uçub, xeyli sayda elektrik dirəyi aşıb, elektrik naqilləri qırılıb.

Lənkəran rayon İcra hakimiyyətinin verdiyi məlumata görə, külək nəticəsində Lənkəran rayonunun müəyyən yerlərində ağacların işıq xətlərinin üstünə aşması nəticəsində 10 kV-lıq elektrik hava xətlərində 30-dan yuxarı işıq dirəkləri sınıb, 14 kV-lıq xətlərdə isə 50-dən yuxarı işıq dirəyi aşaraq sıradan çıxıb. Artıq "Azərenerji"nin Tikinti -Quraşdırma İdarəsinin köməyi ilə və onların mobil texnikası vasitəsi ilə bütün yerlərdə iş təşkil olunub.

Xəbər lenti

Xəbər lenti