...

Bakıda yaşayış evinə silahlı basqınla bağlı cinayət işi başlanılıb

Hadisə Materials 23 Dekabr 2010 10:31 (UTC +04:00)
Bakıda cümə axşamını keçən gecə yaşayış evinə silahlı basqınla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb
Bakıda yaşayış evinə silahlı basqınla bağlı cinayət işi başlanılıb

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/ Bakıda cümə axşamını keçən gecə yaşayış evinə silahlı basqınla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə Trend-ə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Hadisə dekabrın 23-də saat 02.30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini, 47 yaşlı Ələkbər Həsənov yaşadığı evin həyətində güllələnib. O, yerindəcə keçinib.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi araşdırılır.

Xəbər lenti

Xəbər lenti