Müdafiə Nazirliyi insident zamanı həlak olan və yaralanan barədə məlumatı dəqiqləşdirib
Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Dekabrın 28-də saat 18:00 radələrində Goranboy rayonunun  Tapqaraqoyunlu kəndi yaxınlığında mina partlaması nəticəsində Azərbaycan  Ordusunun bir hərbi qulluqçusu həlak olub, digəri isə ağır yaralanıb.  Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin  rəisi Eldar Sabiroğlu bildirib.
Həlak olan - 1992-ci təvəllüdlü əsgər Seyfullayev Amid Mərdan oğlu 2010-cu ildə Lerik rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Yaralı - 1991-ci il təvəllüdlü əsgər Yunisov Sahil Dadaşbala oğlu 2009-cu ildə Qusar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
 
                                    