Gürcüstan, Tbilisi, 12 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları ixrac sənədlərinin saxtalaşdırılmasına görə Gürcüstan vətəndaşı Şakir Musayevi və Azərbaycan vətəndaşı Böyükağa Mikayılovu saxlayıblar.
Bu şəxslər mal-qaranın Gürcüstan ərazisindən Azərbaycana keçirilməsi üçün vətəndaşdan 6 min dollar alıblar. Onlar mal-qaranın ixracı üzrə sənədləri saxtalaşdırıblar.
Təqsirləri sübut ediləcəyi təqdirdə saxlanılanları iki ildən dörd ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.