...

Gəncədə yanacaqdoldurma məntəqəsinin yaxınlığında üç nəfər bıçaqlanıb

Hadisə Materials 19 Yanvar 2011 12:48 (UTC +04:00)
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gəncədə yanacaqdoldurma məntəqəsinin yaxınlığında üç nəfər bıçaqlanıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Gəncənin Kəpəz rayonunda "Azərbaycan əsgəri" küçəsindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər sakinləri Səbuhi Qurbanov, Seymur İmranov və Rauf Günəşov bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti