(İlk xəbər 13:27-də yayılıb)
Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Binəqədi rayonunda yerləşən dövlət kitabxanasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən cümə günü Trend-ə bildirilib ki, 1 saylı çağırışla hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin Bakı şəhər Yanğın Təhlükəsizliyi İdarəsindən Trend-ə bildiriblər ki, yanğın artıq söndürülüb. Hadisənin səbəbi məlum olmasa da, yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Bakıda dövlət kitabxanasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Fövqəladə Hallar Nazirliyinin Bakı şəhər Yanğın Təhlükəsizliyi İdarəsindən Trend-ə bildiriblər ki, yanğın artıq söndürülüb.
