...

"Domodedovo" aeroportunda baş verən partlayışda bir Azərbaycan vətəndaşının xəsarət alması barədə məlumat təsdiqlənməyib (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 25 Yanvar 2011 12:21 (UTC +04:00)
Moskvanın "Domodedovo" hava limanında baş vermiş terror aktı nəticəsində bir Azərbaycan vətəndaşının xəsarət alması barədə məlumat təsdiqlənməyib. Bu barədə Trend-in müxbirlərinə Azərbaycanın Rusiyadakı səfirliyindən və diaspor təşkilatlarından məlumat verilib. Partlayış nəticəsində yaralananların yerləşdirildiyi Moskva xəstəxanalarının əksəriyyəti də bu məlumatı təsdiqləməyib.
"Domodedovo" aeroportunda baş verən partlayışda bir Azərbaycan vətəndaşının xəsarət alması barədə məlumat təsdiqlənməyib (ƏLAVƏ OLUNUB-2)

Başlıq və lid dəyişdirilib (ilk xəbər 10:58-də yayılıb)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir S.Ağayeva/

Moskvanın "Domodedovo" hava limanında baş vermiş terror aktı nəticəsində bir Azərbaycan vətəndaşının xəsarət alması barədə məlumat təsdiqlənməyib. Bu barədə Trend-in müxbirlərinə Azərbaycanın Rusiyadakı səfirliyindən və diaspor təşkilatlarından məlumat verilib. Partlayış nəticəsində yaralananların yerləşdirildiyi Moskva xəstəxanalarının əksəriyyəti də bu məlumatı təsdiqləməyib.

Çərşənbə axşamı səhər "Rusiya 24" telekanalı "Domodedovo" hava limanında baş vermiş terror aktı nəticəsində bir Azərbaycan vətəndaşının xəsarət alması haqqında məlumat verib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva təşkilatının sədri İlqar Hacıyev Trend-ə bildirib ki, indiyədək ağır yaralanmış təxminən on nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Moskvanın "Domodedovo" hava limanının uçuş zalında partlayış yanvarın 24-ü, saat 16:33-də baş verib. Son məlumatlara görə, terror aktının qurbanları 35 nəfər olub, onlardan 18-nin şəxsiyyəti tanınıb. FHN-dən verilən məlumata görə, 110 nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti