...

İranda neft-kimya zavodunda partlayış baş verib, ölən və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Fevral 2011 16:58 (UTC +04:00)
İranın Xuzistan əyalətində yerləşən İmam Xumeyni adına neft-kimya zavod kompleksində partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Onlardan 8 nəfər Mahşəhr xəstəxanasında müalicə olunur, 3 nəfər isə vəziyyəti ağır olduğu üçün Tehrana aparılıb. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi məlumat verir.
İranda neft-kimya zavodunda partlayış baş verib, ölən və yaralananlar var  (ƏLAVƏ OLUNUB)

Yaralıların sayı ilə bağlı məlumat əlavə olunub (ilk xəbər 13:32-da yayılıb)

İranın Xuzistan əyalətində yerləşən İmam Xumeyni adına neft-kimya zavod kompleksində partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Onlardan 8 nəfər Mahşəhr xəstəxanasında müalicə olunur, 3 nəfər isə vəziyyəti ağır olduğu üçün Tehrana aparılıb. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi məlumat verir.

Daha əvvəl İranın İLNA agentliyi partlayışda 1 nəfərin ölməsi, 6 nəfərin yaralanması barədə məlumat vermişdi.

Məlumata əsasən, partlayış zavodda qaynaq işləri aparılarkən qaz sızması nəticəsində baş verib.

Yaralananların üçünün vəziyyəti ağırdır. Onlar xüsusi təyyarə ilə Tehran xəstəxanalarına aparılıblar. Digər üç nəfərin vəziyyətinin qənaətbəxş olduğu bildirilirdi.

Xəbər lenti

Xəbər lenti