Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Avtomobildən oğurluq edən Gürcüstan vətəndaşı tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin İnternet saytına istinadən verdiyi məlumata görə, Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 11-də Fazil Əliyevə məxsus "Mercedes" markalı avtomaşından 2,500 dollar pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı Nodari Driqna Zaqdidi, Bakı şəhər sakini Mehman Rəcəbov və Mingəçevir şəhər sakini Bilal Tağıyev tutulublar.
Onlar barəsində cinayət işi başlanıb, istintaq aparılır.