...

Azərbaycanda ali məktəbin saxta diplom satışı ilə məşğul olan şəxslər yaxalanıb

Hadisə Materials 19 Fevral 2011 13:40 (UTC +04:00)
Azərbaycanda ali məktəbin saxta diplom satışı ilə məşğul olan şəxslər yaxalanıb.
Azərbaycanda ali məktəbin saxta diplom satışı ilə məşğul olan şəxslər yaxalanıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ali məktəbin saxta diplom satışı ilə məşğul olan şəxslər yaxalanıb.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nizami İsmayılov və Ağcabədi rayon sakini Fəxrəddin Şahsuvarov Yunis Əsədovun adına tərtib edilmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaatçı-mühəndis fakültəsini bitirməsi barədə saxta diplomu hazırlayıb 1000 manata satarkən saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti