...

Azərbaycandakı hərbi hissədə yeddi əsgərin ölümü ilə bağlı insidentdə bir əsgərin sağ qaldığı müəyyənləşib (ƏLAVƏ OLUNUB-4)

Hadisə Materials 21 Fevral 2011 19:48 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu hərbi hissədə baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.
Azərbaycandakı hərbi hissədə yeddi əsgərin ölümü ilə bağlı insidentdə bir əsgərin sağ qaldığı müəyyənləşib (ƏLAVƏ OLUNUB-4)

Sonuncu abzas hərbi mənbənin məlumatı əlavə olunub (ilk xəbər 11:16-da yayılıb)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu hərbi hissədə baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Trend-in məlumatına görə, birgə məlumatda bildirilir ki, fevralın 20-də saat 09:40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam olunublar.

Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq araşdırmasının nəticəsinə uyğun əlavə məlumat veriləcək.

Hadisə zamanı Quliyev Naib Fəxrəddin oğlu (1992-ci il təvəllüdlü, 2010-cu ilin aprelində Beyləqan rayon Hərbi Komissarlığından (RHK) hərbi xidmətə çağırılıb), Cavadzadə Cavid Vəkil oğlu (1991-ci il təvəllüdlü, ötən ilin yanvarında Mingəçevir şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb), Suanverdiyev Nurlan Radfel oğlu (1991-ci il təvəllüdlü, ötən ilin aprelində Ağdam RHK-dan hərbi xidmətə çağırılıb), Xocberov Ramazan Abdulla oğlu (1992-ci il təvəllüdlü, ötən ilin aprelində Balakən RHK-dan hərbi xidmətə çağırılıb), Kərimov Əfqan Yaşar oğlu (1991-ci il təvəllüdlü, 2009-cu ilin oktyabrında Balakən RHK-dan hərbi xidmətə çağırılıb), Hüseynov Əhməd Əhmədalı oğlu (1992-ci il təvəllüdlü, ötən ilin yanvarında Ağcabədi RHK-dan hərbi xidmətə çağırılıb) və Quliyev Zakir Etibar oğlu (1991-ci il təvəllüdlü, ötən ilin yanvarında Bakının Yasamal RHK-dan hərbi xidmətə çağırılıb) dünyalarını dəyişiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddəsi ilə cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb.

İstintaq qrupu Hərbu Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalist və Gəncə hərbi prokurorluğunun əməkdaşlarından ibarətdir.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, istintaq qrupu tərəfindən hadisə yerinin müayinəsi video və foto çəkiliş aparılmaqla başa çatdırılıb. Hadisə nəticəsində həlak olmuş 7 nəfərin meyitləri məhkəmə-tibbi ekspertizası tərəfindən müayinə edilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək cinayət işinin istintaq materiallarına əlavə olunub.

Hərbi mənbədən Trend-ə daxil olan məlumata görə, hərbi insident baş verən postda olan əsgərlərdən biri Musazadə Kamran Akif oğlu (Sumqayıt RHK-dan hərbi xidmətə çağırılıb) hadisə zamanı sağ qalıb.

Xəbər lenti

Xəbər lenti