...

Bakının Qaradağ rayonunda 8 ailənin yaşadığı ev yanıb

Hadisə Materials 1 Mart 2011 13:43 (UTC +04:00)
Bakının Qaradağ rayonunda 8 ailənin yaşadığı ev yanıb.
Bakının Qaradağ rayonunda 8 ailənin yaşadığı ev yanıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qaradağ rayonunda 8 ailənin yaşadığı ev yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, fevralın 28-də saat 20:15 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsindəki Kəşfiyyatçılar Sosial İnkişaf İdarəsinə məxsus, 8 ailənin yaşadığı, taxtadan tikilmiş 2 mərtəbəli evdə yanğın baş verib.

Nəticədə 240 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanıq xəsarəti almış Tatyana Əfəndiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb, sakinlər evakuasiya ediliblər.

Xəbər lenti

Xəbər lenti