...

Azərbaycan FHN Hacıqabulda iki körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 5 Mart 2011 11:38 (UTC +04:00)
Hacıqabulda evin yanması nəticəsində bir ailənin iki azyaşlı üzvü həlak olub.
Azərbaycan FHN Hacıqabulda iki körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir T.Hacıyev/

Hacıqabulda evin yanması nəticəsində bir ailənin iki azyaşlı üzvü həlak olub. Trend-in Fövqladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonunun mərkəzindən 32 km aralıda yerləşən Birinci Paşalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 kvadratmetr olan 4 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb. Hadisə zamanı evdə olan 1 nəfər yanıq xəsarətləri alıb və yaralı xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə ediblər. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladları - 2008-ci il təvəllüdlü Abdullyev Sahib Zaur oğlu və 2010-cu il təvəllüdlü Abdullayev Zaman Zaur oğlunun cəsədi aşkarlanıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti