...

Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı yol qəzasında ölüb

Hadisə Materials 9 Mart 2011 10:49 (UTC +04:00)
İrəvanda baş verən ağır yol qəzası zamanı Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı ölüb, biri isə yaralanıb
Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı yol qəzasında ölüb

Azərbaycan, Bakı, 9 mart /Trend/ İrəvanda baş verən ağır yol qəzası zamanı Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı ölüb, biri isə yaralanıb.

Trend-in məlumatına görə, "Armenia Today"in yaydığı məlumatda bildirilib ki, avtomobil qəzası "Kreyzi" gecə klubunun qarşısında baş verib.

"BMW 320" markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Ağacı aşıran maşın daha bir ağaca dəyərək çevrilib. Qəza nəticəsində maşında olan şəxslərdən 22 yaşlı Levon Terteryan hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya çatdırılıb. Xəstəxanaya aparılan Robert Mnaçakanyan orada dünyasını dəyişib, 26 yaşlı Armen Mkrtçyan isə reanimasiya şöbəsindədir.

Xəbər lenti

Xəbər lenti