...

Qubada mənzillərdən oğurluq edən keçmiş məhkum tutulub

Hadisə Materials 9 Mart 2011 14:11 (UTC +04:00)
Qubada mənzillərdən oğurluq edən keçmiş məhkum tutulub.
Qubada mənzillərdən oğurluq edən keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Qubada mənzillərdən oğurluq edən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Rəbiyyə Abdinovanın evindən 5000 dollar, qızıl və ev əşyaları, Mizarə Abdinovanın evindən isə 1 ədəd mobil telefon, qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Osmanov tutulub.

Osmanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində oğurluğu həmyerlisi Bəxtiyar Süleymanovla birgə törətmələri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti