Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıtda polis forması geyinən qadın saxlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhəri Cəlil Məmmədquluzadə küçəsində Hacı Zeynalabdin Tağıyev qəsəbəsi sakini Samirə Allahverdiyeva qanunsuz olaraq polkovnik rütbəsində olan polis formasını geyinərək "Hyundai" markalı avtomaşını idarə edərkən Post-Patrul Xidməti Taborunun əməkdaşları tərəfindən saxlanıb.
O, Sumqayıt şəhər Polis İdarəsinə təhvil verilib və toplanmış materiallar şəhər prokurorluğuna göndərilib.
Sumqayıtda polis forması geyinən qadın saxlanıb
Sumqayıtda polis forması geyinən qadın saxlanıb.
