...

Qaradağ rayonunda televizorun partlaması yanğına səbəb olub

Hadisə Materials 28 Mart 2011 15:08 (UTC +04:00)
Televizorun partlaması yanğına səbəb olub. Trend-in Daxili İşlər Nazirliyinin mətbut xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 28-də saat 06:35 radələrində Qaradağ rayonu Ümüd qəsəbə sakini Anar Şahbazovun evində baş verib.
Qaradağ rayonunda televizorun partlaması yanğına səbəb olub

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/

Televizorun partlaması yanğına səbəb olub. Trend-in Daxili İşlər Nazirliyinin mətbut xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 28-də saat 06:35 radələrində Qaradağ rayonu Ümüd qəsəbə sakini Anar Şahbazovun evində baş verib.

Yanğın nəticəsində evin 15 kvadratmetr sahədə yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Şahbazovun arvadı Zəhra və qızı Aysu yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti