...

Bakıda avtomobil oğrusu yaxalanıb

Hadisə Materials 30 Mart 2011 10:32 (UTC +04:00)
Bakıda avtomobil oğrusu yaxalanıb
Bakıda avtomobil oğrusu yaxalanıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil oğrusu yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə günü Trend-ə bildiriblər ki, martın 29-u Zabrat qəsəbə sakini Ələz Səfərov ərazi üzrə Sabunçu RPİ 15-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, özünə məxsus "Hundai-Tucson" markalı avtomobili yaşadığı evin həyətində yerləşən avtoyuma məntəqəsinə vermiş və orada işləyən Vüsal adlı şəxs avtomobili qaçırıb.

Keçirilən əməliyyat tədbiri nəticəsində avtomobili qaçıran Zabrat qəsəbə sakini Vüsal İmanlı martın 30-u saat 02 radələrində yaşadığı evin qarşısında avtomobillə birlikdə yaxalanıb.

Xəbər lenti

Xəbər lenti