Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir T.Hacıyev/
Bu gün yerli vaxtla saat 09:50-də Xəzər dənizində, Qubadan 82 km şimalda zəlzələ qeydə alınıb. Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerin 32 kilometr dərinliyində baş verən zəlzələnin gücü episentrdə Rixter cədvəli üzrə 3,3 bal olub.
Zəlzələ hiss olunmayıb.