Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları yayımı qanunla qadağan olunan dini kitablar aşkarlayıblar.
DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, aprelin 19-da Balakən RPŞ və MTN-in rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə tədbirlər nəticəsində radikal yönümlü dini təriqətlərdən birinin təbliği ilə məşğul olan Mübariz Hədişovun Talalar kəndində yaşadığı evə baxış zamanı yayımı və təbliği qanunla qadağan olunmuş 46 ədəd dini kitab aşkar edilərək götürülüb.
Azərbaycanda yayımı qadağan olunan dini kitablar aşkarlanıb
Azərbaycanın Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları yayımı qanunla qadağan olunan dini kitablar aşkarlayıblar.
